“Turan Tovuz” futbol komandasının baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının dördüncü turunda “Sumqayıt” üzərində 2:1 hesablı qələbədən danışıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamaısında qarşılaşmanın gözlədikləri kimi çətin keçdiyini bildirib.
“Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün qələbə psixoloji cəhətdən yaxşı oyundan daha vacib idi. Bəzi epizodlarda pis oynamadıq. Amma elə məqamlar da var ki, onların üzərində işləməliyik”, - Berdıyev deyib.
Qeyd edək ki, “Turan Tovuz” dördüncü turda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
