Mahmud Qurbanov: “Köməkçilərimi müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacağam”

25 Avqust 2026 13:13
90
Mahmud Qurbanov: “Köməkçilərimi müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacağam”

Azərbaycanın U-18 futbol millisinə baş məşqçi təyin edilən Mahmud Qurbanov köməkçilərini müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacaq.

“Təyinatdan sonra ilk növbədə məşqçilər korpusunu formalaşdırmalıyam. Heyəti tam dəqiqləşdirdikdən isə sonra futbolçularla tanış olacağam. Kimlərin necə çıxış etdiyini öyrəndikdən sonra müəyyən fikir bildirmək mümkündür”, - deyə M.Qurbanov report.az-a açıqlamasında vurğulayıb.

53 yaşlı mütəxəssis yeniyetmə futbolçuların mübarizə apardığı “Sabahın Ulduzları” turnirini də izlədiyini diqqətə çatdırıb:

“Turnirdəki matçları istər stadiondan, istərsə də televiziya vasitəsilə izləyirəm. 14, 15 və 16 yaşlı futbolçular üçün çox yaxşı turnirdir. Oyuna çıxan gənclər öz potensiallarını göstərmək istəyirlər. Yarışda maraqlı oyunlar və perspektivli futbolçular var. Yığmalarla bağlı hazırlıq planı tam təsdiqləndikdən sonra növbəti addımları atacağıq”.

Qeyd edək ki, M.Qurbanov ötən gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin olunub.

İdman.Biz