Bakıda minifutbolçu Qiyas Babayev vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.
Məlumata görə, Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın “Mayak Nardaran” komandasının üzvü olub.
Futbolçunun ölüm səbəbi barədə məlumat verilməyib.
