“Sabah” Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Xose Manuel Armada Zarko “Sabahın Ulduzları” layihəsini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, ispan mütəxəssis turnirlə bağlı təəssüratlarını bölüşüb.
Armada Zarko “Sabahın Ulduzları”nın futbolçular üçün faydalı yarış olduğunu bildirib:
“Düşünürəm ki, çox fərqli və yaxşı turnirdir. İspaniyadakı yarışlardan daha uzunmüddətlidir, amma burada müxtəlif oyunçuları, komandaları görə bilirik. Bunlar futbolçularımız üçün dəqiqlik baxımından və yaxşı başlanğıc etmək üçün əlverişli oyunlardır”.
O, U-14 və U-15 liqalarında beynəlxalq standartların tətbiqinin vacibliyini də vurğulayıb:
“Bu yaş qrupları üçün hesab edirik ki, bu cür turnirləri təkmilləşdirməyə davam etməliyik. Beləliklə, həm öz, həm azərbaycanlı oyunçuları hamıya nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən, maraqlıdır”.
