“İmişli” Peşəkar Futbol Klubunun U-19 komandası AFFA Gənclər Liqasının I turunda “Turan Tovuz”un U-19 komandası ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş İmişli təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Abbas Zeynalov 2 dəfə fərqlənib. Digər qolları isə Rəsul Balakişiyev və Murad Quliyev vurublar.
