“Neftçi”dən ayrılan Abubakar Türkiyə klubuna keçir

22 Avqust 2026 19:57
82
“Neftçi”dən ayrılan Abubakar Türkiyə klubuna keçir

Türkiyənin “Bodrum” futbol klubu son olaraq “Neftçi”də çıxış edən Vensan Abubakar ilə razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə Birinci Liqasında mübarizə aparan klubun rəhbərliyi 34 yaşlı hücumçunu Bodruma dəvət edib. Futbolçunun yaxın günlərdə şəhərə gələcəyi və son danışıqlardan sonra rəsmi müqavilə imzalayacağı gözlənilir.

Hazırda azad agent statusunda olan Abubakar Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un da formasını geyinib.

Kamerunlu futbolçu ötən mövsüm “Neftçi”də çıxış edib.

İdman.Biz