Futbol millimizin sabiq müdafiəçisi Türkiyə klubu ilə yollarını ayırıb - FOTO

22 Avqust 2026 16:54
82
Futbol millimizin sabiq müdafiəçisi Türkiyə klubu ilə yollarını ayırıb - FOTO

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Təmkin Xəlilzadə Türkiyəni təmsil edən “Volves” minifutbol klubu ilə əməkdaşlığını başa vurub.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Təmkin Xəlilzadə ilə müqavilənin müddəti başa çatıb. O, “Golazo 3” çempionluğu(Türkiyədə keçirilən yeni nəsil futbol/minifutbol turniri – red) qazanan heyətin üzvlərindən biri olub.

“Volves” verdiyi töhfələrə görə ona təşəkkür edir, karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Təmkin!” – deyə klubun paylaşımında qeyd olunub.

İdman.Biz