Mahirin komanda yoldaşı “Şaxtyor”un hədəfində

Xəbərlər
22 Yanvar 2024 23:09
145
Mahirin komanda yoldaşı “Şaxtyor”un hədəfində

“Şaxtyor” Zaqreb “Dinamo”sunun futbolçusuna elçi düşüb.

İdman.biz xəbər verir ki, Donetsk klubu Martin Baturinanı heyətinə cəlb etmək arzusundadır.

Azərbaycanlı futbolçu Mahir Emreli ilə eyni klubda çıxış edən Baturinanın 20 yaşı var. O, 2017-ci ildən “Dinamo”nun formasını geyinir. Komandanın heyətində 22 oyunda meydana çıxan gənc yarımmüdafiəçi iki qolla diqqət mərkəzinə düşüb. Martin qış transferi dövründə “Şaxtyor”un əsas transfer hədəfidir.

Qeyd edək ki, Baturinanın Zaqreb klubu ilə 2028-ci ilin iyunun sonunadək müqaviləsi var. Onun transfer qiyməti 18 milyon avro dəyərləndirilir.

İdman.biz