“İmişli”də yeni təyinat rəsmiləşdi

17 Oktyabr 2026 00:11
124
“İmişli”də yeni təyinat rəsmiləşdi

“İmişli” futbol klubunda yeni təyinat həyata keçirilib.

İdman.Biz xəbər verir ki, Əhməd Şeyubov klubun Sosial və Ətraf Mühit Dayanıqlılığı üzrə meneceri təyin olunub.

O, yeni vəzifəsində sosial dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətin təşkili və bu sahələr üzrə müvafiq layihələrin inkişafı ilə məşğul olacaq.

İdman.Biz