“Baku Sporting” Samir Ələkbərovla yollarını ayırdı

16 Oktyabr 2026 20:17
96
“Baku Sporting” Samir Ələkbərovla yollarını ayırdı

“Baku Sportinq” klubunda iki məşqçi ilə yollar ayrılıb.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, baş məşqçi Samir Ələkbərov və qapıçılar üzrə məşqçi Davud Əsgərovla əməkdaşlığa son verilib.

“Baku Sporting” hər iki mütəxəssisə fəaliyyətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Birinci Liqasının beşinci turunda “Baku Sportinq” 1:3 hesabı ilə MOİK-ə məğlub olub.

İdman.Biz