Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” PFK komandanın sabiq kapitanı Rahid Əmirquliyevi yenidən heyətinə cəlb edib.
İdman.Biz kluba istinadən bildirir ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Rahid Əmirquliyev 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub, komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.
Rahid Əmirquliyev "Səbaik"in tarixində Azərbaycan Premyer Liqasında 100 oyun keçirən ilk futbolçu kimi tarixə düşüb. O, bu əlamətdar göstəriciyə 5 dekabr 2022-ci ildə “Qəbələ” ilə keçirilən çempionat oyununda nail olub.
