“Turan Tovuz” Türkiyə Superliqası təmsilçisini darmadağın edib

3 Avqust 2026 19:33
86
“Turan Tovuz” Türkiyə Superliqası təmsilçisini darmadağın edib

“Turan Tovuz” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

İdman.Biz bu barədə kluba istinadən bildirir.

“Turan Tovuz” bu dəfə Türkiyə Superliqasında çıxış edən “Gənclərbirliyi” ilə qarşılaşıb.

Azərbaycan klubu 4:0 hesablı qələbə qazanıb.

“Turan Tovuz”da Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

İdman.Biz