Bıçaqlanan Veysəl Rzayevin yaşıl meydana dönüşü gecikəcək

24 İyul 2026 14:51
110
Bıçaqlanan Veysəl Rzayevin yaşıl meydana dönüşü gecikəcək

Gəncədə bıçaqlanaraq ağır xəsarət alan “Kəpəz”in futbolçusu Veysəl Rzayev uzun müddət futbola qayıda bilməyəcək.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin müalicə və bərpa prosesi davam edir.

Həkimlər onun sağlamlıq durumunu nəzərə alaraq ən azı yanvar ayına qədər məşqlərə və rəsmi oyunlara qatılmasına icazə verməyiblər.

Bu səbəbdən Rzayev yeni mövsümün ilk yarısını buraxacaq. Futbolçunun tam hazır vəziyyətə gəlməsindən sonra meydanlara qayıdışı ilə bağlı yenidən tibbi qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

İdman.Biz