“Sabah”ın Finlandiyaya səfər planı məlum olub - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

24 İyul 2026 15:20
115
“Sabah”ın Finlandiyaya səfər planı məlum olub - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “KuPS” komandasının qonağı olacaq “Sabah”ın Finlandiyaya səfər planı məlum olub.

Klubun mətbuat katibi Elnur Həmidovun İdman.Biz-ə verdiyi məlumata görə, komanda iyulun 26-sı səhər saatlarında Finlandiyaya yola düşəcək.

Bakı klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18:30-da, komandanın açıq məşqi isə saat 19:00-da keçiriləcək.

Qeyd edək ki, “KuPS” - “Sabah” oyunu iyulun 28-də Kuopio şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasında keçirilən cütün güclüsü ilə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: