“Neftçi” İdman Klubu yeni loqosunu təqdim etdi - VİDEO

24 İyul 2026 15:42
120
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim etdi - VİDEO

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.

İdman.Biz xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə “NEFTÇİ” İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi - ”1937” rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır.

Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.

İdman.Biz
Məqalədə: