“Qəbələ” legioner futbolçu ilə müqavilə imzaladı

21 İyul 2026 13:33
207
“Qəbələ” legioner futbolçu ilə müqavilə imzaladı

“Qəbələ” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda nigeriyalı vinger Uboçioma Meşakı heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Uboçioma Meşak son olaraq Macarıstanın “Kazintsbartsika” komandasında çıxış edib. O, karyerası ərzində Macarıstanın “Zalaeqerseq”, Sloveniyanın “Nafta”, Şotlandiyanın “Livinqston” və “Dandi Yunayted” klublarının da formasını geyinib.

İdman.Biz