“İmişli” yoxlama oyununda “Qarabağ”ın əvəzedici komandasını darmadağın edib

21 İyul 2026 13:39
209
“İmişli” yoxlama oyununda “Qarabağ”ın əvəzedici komandasını darmadağın edib

“İmişli” futbol klubu yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb.

Görüş “İmişli”nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də, Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: