“Kəpəz” “Qəbələ”nin yetirməsini baxışa çağırdı

21 İyul 2026 11:33
238
“Kəpəz” “Qəbələ”nin yetirməsini baxışa çağırdı

2026/2027 mövsümü üçün heyətini formalaşdıran “Kəpəz” futbol klubu baxışa daha bir futbolçu dəvət edib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gülalı Mehralıyev hazırda Gəncə təmsilçisinin düşərgəsində məşqlərdə iştirak edir.

Ötən mövsüm Birinci Liqa təmsilçisi “Şimal”ın formasını geyinmiş futbolçunun taleyinə məşqçilər korpusu qərar verəcək. Baxış prosesinin yekunundan sonra onunla müqavilə imzalanıb-imzalanmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Gülalı Mehralıyev karyerası ərzində “Zirə”nin də şərəfini qoruyub.

İdman.Biz