“İmişli” FK üçün stadion tikmək niyyətindəyik” - Aqşin Mürsəlovdan AÇIQLAMA

16 İyul 2026 11:10
108
“İmişli” FK üçün stadion tikmək niyyətindəyik” - Aqşin Mürsəlovdan AÇIQLAMA

“İmişli” futbol klubunun icraçı direktoru Aqşin Mürsəlov komandanın ev oyunlarını keçirəcəyi stadionla bağlı məsələyə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, o, bunu klubun planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

“Yevlax şəhər stadionu standartlara uyğundur. Ötən mövsüm ev oyunlarımızı Qubada keçirdik. Orada çox əziyyət çəkdik. İmişlidəki stadionla bağlı isə razılığa gələ bilmirik. İndi orada fəaliyyət yoxdur. Özümüzə stadion tikmək niyyətindəyik. Mövsümün əvvəlində bir az çətinliyimiz ola bilər. Amma bunu aradan qaldıracağıq”, - deyə A.Mürsəlov bildirib.

İcraçı direktor sabiq baş məşqçi Jorj Kaşkilya ilə yolların ayrılmasının səbəbinə də toxunub.

“Jorj Kaşkilya ilə bağlı çox suallar olub. Baş məşqçi ilə fikir ayrılığımız oldu. Qarşısına qoyulan məqsədə nail olduq. Yerli baş məşqçi ilə uğurlu olacağımızı düşündük. Fərid Namazov bizim üçün yad sima deyil”, - deyə o vurğulayıb.

İdman.Biz