“İmişli” futbol klubunun yeni loqosu təqdim olunub.
İdman.Biz xəbər verir ki, təqdimat mərasimi bölgə təmsilçisinin planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında gerçəkləşib.
Loqodakı pələng güc və iradə, qalxan müdafiə və birlik anlamına gəlir. Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir.
Daha əvvəl elitaya yüksələn “Şəfa” loqosunu dəyişib.
“İmişli” ötən mövsüm Premyer Liqanı doqquzuncu sırada bitirib.
