“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda

3 Noyabr 2026 12:40
107
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda

Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunda keçiriləcək “Neftçi” - “Kəpəz” qarşılaşmasının biletləri satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, noyabrın 6-da “Palms Sports Arena”da baş tutacaq görüş saat 20:00-da başlayacaq.

Hazırda biletləri onlayn qaydada 2, 3 və 15 manata əldə etmək mümkündür. 2 manatlıq biletlər “Qərb 2”, 3 manatlıq biletlər “Banişevski alt”, 15 manatlıq biletlər isə “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları üçün nəzərdə tutulub.

Digər sektorların biletləri daha sonra satışa çıxarılacaq. Onların qiyməti “Qərb 1”, “Forza”, “Şərq 1”, “Şərq 2”, “Şimal 1”, “Şimal 2” və “Banişevski” üst sektorları üçün 2-3 manat, “VIP Gold” sektoru üçün isə 20 manat təşkil edir.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və bilet.neftchi.az saytından əldə etmək olar. Fiziki biletlərin satışı isə oyun günü saat 14:00-dan etibarən stadionun kassasında başlayacaq.

İdman.Biz
Məqalədə: