Qurban Qurbanov: “Heyətdə müəyyən dəyişikliklər ola bilər”

15 İyul 2026 22:33
76
Qurban Qurbanov: “Heyətdə müəyyən dəyişikliklər ola bilər”

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı “Vestri”ni (İslandiya) artıq daha yaxından tanıyır.

İdman.Biz xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

“Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər”, - Qurbanov deyib.

“Vestri” - “Qarabağ” görüşü iyulun 16-da, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Bu komandaların ilk oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

İdman.Biz