“Mingəçevir” FK baş məşqçi postuna namizəd tapıb

15 İyul 2026 14:51
87
“Mingəçevir” FK  baş məşqçi postuna namizəd tapıb

“Mingəçevir” futbol klubu yeni mövsüm öncəsi baş məşqçi məsələsini həll etməyə yaxındır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi hazırda boş olan postu Röyal Nəcəfova həvalə etməyi planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir və yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm “Nur şəhəri”nin təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov idi. Məmmədov yeni “futbol ili”ndə “Karvan-Yevlax”ı çalışdıracaq.

İdman.Biz