“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Birinci Liqa təmsilçisi Ehtiram Şahverdiyevlə müqavilə imzalayıb. 29 yaşlı vinger yeni mövsümdə Bakı klubunun uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Ehtiram Şahverdiyev son olaraq Premyer Liqa təmsilçisi “Kəpəz”in formasını geyinib.
