Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emreli Polşaya qayıtmağa yaxındır.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Rakov”la danışıq aparır.
Polşa klubu Mahirin razılığını alıb. Hazırda “Rakov” rəsmiləri “Kayzerslautern”lə danışıqları davam etdirir.
Millimizin üzvünün “Kayzerslautern”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Emreli Polşada “Legiya” formasını geyinib.
