Millimizin kapitanı Səudiyyə Ərəbistanı klubunda

Xəbərlər
16 Yanvar 2024 12:33
724
Millimizin kapitanı Səudiyyə Ərəbistanı klubunda

Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bu barədə İdman.bizə yığmanın 29 yaşlı kapitanı özü məlumat verib.

O bildirib ki, “Eastren Flames” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. Müqavilə ilə Rusiya “Krasnodar”ına məxsus Cəfərzadə Səudiyyə Ərəbistanı təmsilçisinə 1 illik icarəyə verilib.

Qeyd edək ki, Sevinc Cəfərzadə “Krasnodar”ın heyətində 56 oyun keçirib və 2 qolla yadda qalıb.

Emin Ağa
İdman.biz

Məqalədə: