“Birinci hissədən sonra heç nəyi dəyişmək istəmirdim. Çünki mənə görə biz möhtəşəm çıxış edirdik. Birinci hissədə ikincidən daha yaxşı oynayırdıq”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas TNS-lə oyundan sonra deyib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Sabah” Bakıda Uelsin TNS klubunu 3:2 məğlub edib.
“Boşluqlara şığıyan komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik
İstəyimiz boş zonalara sürətli keçidlər etmək idi. İlk qolu künc zərbəsindən vurduq. İkinci qol isə məhz planlaşdırdığımız hücumun nəticəsi oldu. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik və düşünürəm ki, qələbəyə layiq idik”, - baş məşqçi əlavə edib.
Komandaların cavab qarşılaşması bir həftədən sonra olacaq.
