Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” futbol klubu Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçi daha iki il “qırmızı-ağlar”ın formasını geyinəcək.
O, 2023-cü ildən komandada çıxış edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
