“Daha çox qol gözləyirdim” – Valdas Dambrauskasın İDMAN.BİZ-in sualına cavabı - VİDEO

7 İyul 2026 22:47
107
“Daha çox qol gözləyirdim” – Valdas Dambrauskasın İDMAN.BİZ-in sualına cavabı

“Daha çox qol vurmaq istəyirdik. Amma 2:0 mənə görə, belə yarışlar üçün yaxşı nəticədir. Mən daha çox qol gözləyirdim”.

Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Danbrauskas nəticənin qənaətbəxş olub olmaması barədə İdman.Biz-in sualına cavab verərkən deyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Sabah” Bakıda Uelsin TNS klubunu 3:2 məğlub edib.

“İnanıram ki, səfər oyununda daha çox qol vura biləcəyik. Çünki rəqib riq etmək məcburiyyətində qalacaq. Bugünkü oyundan fərqli olaraq, daha cəsarətli şəkildə çıxış etməli olacaq. Bu da boşluqlar yaradacaq, biz də bu boşluqlardan yararlanmalıyıq. Əlbətt, 3:0 2:0-dan, 4:0 3:0-dan, 5:0 4:0-dan daha yaxşıdır. Biz çalışacağıq ki, bunun üzrəində işləyək və daha çox fərqlənək”, - Dambarauskas bildirib.

Komandaların cavab qarşılaşması bir həftədən sonra olacaq.

İdman.Biz