UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları start götürür.
İdman.Biz bildirir ki, ölkəmizi bu mötəbər turnirdə “Sabah” təmsil edir.

Valdas Dambrauskasın komandası bu mərhələdə Uelsin TNS klubu ilə qarşılaşacaq.

Komandalar arasında ilk qarşılaşma iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

