“Karvan-Yevlax” FK heyətini gücləndirib

6 İyul 2026 17:31
104
“Karvan-Yevlax” FK heyətini gücləndirib

Növbəti mövsüm Birinci Liqada çıxış edəcək “Karvan-Yevlax” futbol klubu heyətini gücləndirib.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi 25 yaşlı qapıçı Əkbər Vəliyevi transfer edib.

O, daha əvvəl “Səbail” və MOİK-də çıxış edib.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq yenidən I Liqaya qayıdıb.

İdman.Biz