​“Sumqayıt” FK-nın yay hazırlıq planı məlum olub

6 İyul 2026 19:26
71
​“Sumqayıt” FK-nın yay hazırlıq planı məlum olub

“Sumqayıt” FK bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.

İdman.Biz bu barədə kluba istinadən xəbər verir.

İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komandamız ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komandamız iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.

İdman.Biz