“Sabah” futbol klubu olaraq Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə oyuna tam hazırıq”.
Bu sözləri İdman.Biz-in “yoxlama oyunlarında iki heç-heç edib, bir görüşdə isə böyük hesabla məğlub oldunuz, bu sizin psixoloji durumunuz təsir edə bilərmi?” sualına cavabında sabahın futbolçusu Velko Simiç deyib.
“Düşünürəm ki, çox yaxşı təlim-məşq toplanışı keçdik. Bəzi ideyalarımızı oyunlarda həyata keçirmək istəyirik. Öz oyunumuz barədə düşünürük. Fikrimcə, tam hazırıq”, - deyə V.Simiç vurğulayıb.
@idman.biz Yoxlama oyunlarındakı uğursuzluqlar komandanı sarsıdıbmı? Velko Simiçin İDMAN.BİZ-ə cavabı#futbol⚽️ ♬ Idman və Biz - orijinal ses - Idman və Biz
Xatırladaq ki, "Sabah" - TNS görüşü iyulun 7-də Bank Respublika Arenada, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
