“Qəbələ” futbolçusu Seydina Keyta ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Seneqallı müdafiəçinin müqaviləsinə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Qəbələ” iyunun 21-də Seydina Keyta ilə müqaviləni yeniləmişdi.
