“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

28 Sentyabr 2026 17:59
83
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

“Turan Tovuz” futbol klubu ilə yoldaşlıq oyunu keçirəcək Türkiyənin “Fənərbağça” komandasının Azərbaycana gəliş tarixi müəyyənləşib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi oktyabrın 2-si günorta saatlarında Bakıda olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İdman.Biz