“Sabah”ın UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Uelsin TNS klubuna qarşı keçirəcəyi oyuna artıq 5000-ə yaxın bilet satılıb.
Bu barədə İdman.Biz-ə açıqlamasında “Sabah” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Qeyd edək ki, “bayquşlar” tarixində ilk dəfə yarışacağı ÇL-in birinci təsnifat mərhələsində Uels təmsilçisi TNS-i iyulun 7-də qonaq edəcək. Oyun Masazırda, “Bank Respublika Arena”da baş tutacaq və 20:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü bir həftə sonra Osvestridə keçiriləcək.
