FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) - “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
