“Qarabağ”ın sabiq qapıçısı “Sabah”da - Klubdan İdman.Biz-ə AÇIQLAMA

6 İyul 2026 15:29
107
“Qarabağ”ın sabiq qapıçısı “Sabah”da - Klubdan İdman.Biz-ə AÇIQLAMA

“Qarabağ” futbol klubunun sabiq qapıçısı Amin Ramazanov karyerasını “Sabah”da davam etdirəcək.

Bu barədə İdman.Biz-ə açıqlamasında “Sabah” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və 23 yaşlı qolkiperlə razılıq əldə olunub.

“Amin Ramazanov yeni mövsümdən komandamızın formasını geyinəcək”, - deyə E.Həmidov vurğulayıb.

Qeyd edək ki, Amin Ramazanov son mövsümdə “Qarabağ”ın, həmçinin icarə əsasında “Zaqatala”nın heyətində çıxış edib. Gənc qapıçı Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına da dəvət alıb.

İdman.Biz