“Araz-Naxçıvan” futbol klubunun yay toplanışının təqvimi məlum oldu

29 İyun 2026 14:56
89
“Araz-Naxçıvan” futbol klubunun yay toplanışının təqvimi məlum oldu

“Araz-Naxçıvan” futbol klubu yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ilk üç gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər.

Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi baş tutacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələcək futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. Komanda iyulun 24-də “İmişli”, 31-də isə “Şəfa” ilə qarşılaşacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.

Avqustun ilk iki günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və dörd gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sınaqçı-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.

Bütün hazırlıq prosesi Bakıda keçiriləcək.

İdman.Biz
Məqalədə: