“Neftçi” FK Sloveniyaya yollanıb - FOTO

29 İyun 2026 11:43
124
“Neftçi” FK Sloveniyaya yollanıb - FOTO

“Neftçi” futbol klubu yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yollanıb.

İdman.biz xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Bildirilib ki, “ağ-qaralar” səhər saatlarında Bakını tərk edib.

Sloveniya toplanışı iyulun 14-dək Moravske Toplitse şəhərində təşkil olunacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” burada dörd yoxlama görüşü keçirəcək.

İdman.Biz
Məqalədə: