“Turan Tovuz”un Türkiyə planı açıqlanıb

29 İyun 2026 00:43
78
“Turan Tovuz”un Türkiyə planı açıqlanıb

“Turan Tovuz” futbol klubunun yay hazırlıq planı açıqlanıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə başlayacaq.

Hazırlığın iki həftəlik birinci mərhələsi Türkiyənin Ankara şəhərinin Qızılcahamam bölgəsində baş tutacaq. Toplanışın ikinci mərhələsi isə Boluda keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində komandasını dörd yoxlama görüşündə sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

İdman.Biz