“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Klub son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb. Mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
