“Qarabağ”ın qapıçısı klubunu dəyişir

10 İyun 2026 15:39
100
“Qarabağ”ın qapıçısı klubunu dəyişir

Fabian Buntiçin “Qarabağ”dan ayrılacağı dəqiqləşib.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin çərçivə qoruyucusu Martin Zlomisliçin keçidindən sonra o, Ağdam təmsilçisini tərk edəcək.

Amma xorvat qapıçının Azərbaycanda qalmaq variantı var. Belə ki, Tyaqo Silva ilə yolları ayıran “Zirə” Buntiçlə danışıqlar aparır.

“Turan Tovuz”un yerinə avrokuboklara gedəcək Rəşad Sadıqovun komandası qapı xəttindəki çatışmazlığı onunla həll etmək istəyir. Buntiç “Zirə”də icarə əsasında da çıxış edə bilər.

İdman.Biz