“Qəbələ” komandası təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.
Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
O, hazırlıq prosesinin Qəbələdə baş tutacağını söyləyib.
“Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Qəbələyə təlim-məşq toplanışına gələcək komandalardan biri ilə qarşılaşacağıq. Ümumilikdə 6 yoxlama matçı nəzərdə tutulub”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.
