“Sabah” CAR-lı müdafiəçini transfer etməyə yaxındır

4 İyun 2026 00:32
80
“Sabah” CAR-lı müdafiəçini transfer etməyə yaxındır

“Sabah” futbol klubu tezliklə heyətini Cənubi Afrika Respublikasından (CAR) olan müdafiəçi Eyden Makkarti ilə gücləndirə bilər.

İdman.Biz-in iDiski Times-a istinadən verdiyi məlumata görə, Azərbaycan klubu artıq “Kayzer Çifs”də oynayan 22 yaşlı mərkəz müdafiəçisi ilə razılığa gəlib.

Mənbənin məlumatına görə, oyunçunun transferi başa çatdırmaq və müqavilə imzalamaq üçün tezliklə Bakıya gələcəyi gözlənilir. Müqavilənin üç illik olması və daha bir mövsüm üçün uzadılması gözlənilir.

“Sabah” rəhbərliyi Makkartiyə yeni mövsüm və avrokubok kampaniyası öncəsi müdafiənin gücləndiricisi kimi baxır.

Ötən mövsüm müdafiəçi “Kayzer Çifs”də bütün yarışlarda 31 oyun keçirib və iki qol vurub.

İdman.Biz