“Şəfa” rəhbərliyindən Elgiz Kərəmli ilə bağlı AÇIQLAMA: “Daha təcrübəli baş məşqçi axtarırıq”

27 May 2026 16:32
153
“Şəfa” rəhbərliyindən Elgiz Kərəmli ilə bağlı AÇIQLAMA: “Daha təcrübəli baş məşqçi axtarırıq”

"Şəfa" FK-nın yeni vitse-prezdienti Əfran İsmayılov klubun baş məşqçisi Elgiz Kərəmli ilə yolları ayırdığını təsdiqləyib.

O, yeni mövsümdən Premyer Liqada çıxış edəcək komandaya daha təcrübəli çalışdırıcı lazım olduğunu deyib.

"Elgizlə halallaşaraq yollarımızı ayırdıq. Ona yeni gələn baş məşqçinin yanında köməkçi məşqçi kimi çalışmağı təklif etdim. Elgiz çox xarakterli və mədəni insandır. Lakin Premyer Liqa elə bir səviyyədir ki, burada rəqabət və tələblər xeyli yüksəkdir. Buna görə də ona bir az daha təcrübə toplamağın vacibliyini bildirdim. Təcrübəni isə hansısa məşqçinin yanında çalışaraq qazana biləcəyini qeyd etdim. Elgiz isə böyük ambisiyalara sahib olduğunu və artıq baş məşqçi kimi fəaliyyətini davam etdirmək istədiyini söylədi. Mən də klub olaraq daha təcrübəli məşqçi axtardığımızı bildirdim. Sağ olsun, bunu anlayışla qarşıladı və hörmətlə ayrıldıq", - deyə Ərfan İsmayılov qol.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Elgiz Kərəmli ötən gün klubdan ayrıldığını və müqaviləsinin yenilənmədiyini açıqlayıb.

Xatırladaq ki, "Şəfa" FK Elgiz Kərəmlinin baş məşqçiliyi ilə başa çatan mövsümdə 1-ci liqanın qalibi olub və Premyer Liqaya yüksəlib.

İdman.Biz