AFFA-nın Qadın Futbolu Departamentinin nümayəndələri Bakı şəhərinin Xəzər rayonunda yerləşən 262 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçiriblər.
İdman.Biz xəbər verir ki, tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 millisinin futbolçuları və departament əməkdaşları iştirak ediblər.
Görüş zamanı şagirdlər futbolla bağlı suallar ünvanlayıb, qonaqlar isə öz təcrübələrini bölüşərək idmanda uğur qazanmağın vacib məqamlarından danışıblar.
Tədbirdə qız şagirdlərin futbola cəlb olunması, onların AFFA-nın təşkil etdiyi yarış və layihələrdə iştirak imkanları da müzakirə edilib. Məktəb rəhbərliyi isə gələcəkdə bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.
