“Neftçi” FK yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi sol cinah müdafiəçisi Rüfət Abbasovu heyətinə qatıb.
Klubun yaydığı məlumata görə, 21 yaşlı futbolçu ilə üç illik müqavilə imzalanıb. Abbasov komandada “3” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Rüfət Abbasov “Neftçi” akademiyasının yetirməsidir. O, 2015-ci ildə klubun aşağı yaş qruplarına qoşulub və 2021/22 mövsümündə əsas komandaya cəlb olunaraq iki rəsmi matçda meydana çıxıb.
Müdafiəçi son iki mövsümü “Şamaxı”da keçirib. O, həmçinin Azərbaycanın U-21 millisinin heyətində 17 oyunda forma geyinib və əsas milli komandaya da dəvət alıb.
