“Qəbələ”nin fransalı bombardiri: “Azərbaycan dilini öyrənmək istəyirəm, amma çox çətindir” - MÜSAHİBƏ

Xəbərlər
9 Yanvar 2024 16:01
421
“Qəbələ”nin fransalı bombardiri: “Azərbaycan dilini öyrənmək istəyirəm, amma çox çətindir” - MÜSAHİBƏ

“Qəbələ”nin fransalı yarımmüdafiəçisi Bilel Auaşeriyanın İdman.biz saytına müsahibəsi

- “Qəbələ”yə Portuqaliya “Jil Visente”sindən gəlmisiz. İlk günlərdə hansısa çətinliklərlə üzləşdiz?

- Yeni bir oyunçu kimi problemlə üzləşdim. Fərqli futbolu olan yeni bir ölkəyə, yeni komandaya gəldim və özümü hələ də bunlara uyğunlaşdırmağa çalışıram. Ən çox da dil problem yaşayıram. Azərbaycan dilini öyrənmək istəyirəm, amma çox çətindir. Tərcüməçimizin olması yaxşıdır.

- Ötən ili özününüz üçün necə dəyərləndirirsiz?

- Yaxşı keçdi, çətinliklər və xoş hadisələrlə bol oldu. Ümid edirəm ki, 2024-cü il daha yaxşı olacaq.

- “Qəbələ”nin son pillədə olması sizə psixoloji cəhətdən mənfi təsir etmir ki?

- Əlbəttə ki, yox. Mən komandanın bir hissəsiyəm. Yaxşı və pis günlərdə “Qəbələ” ilə olmalıyam. Xüsusən də, pis günlərdə özümü göstərməliyəm. 100 faizimlə komandanın yanındayam.

- Bəs mövsümün sonunda “Qəbələ”ni hansı sırada görürsən?

- Düzünü desəm, komandanın hansı mövqedə olacağını deyə bilməyəcəm. Amma daha yaxşı yerdə olması üçün çalışmalıyıq. Daha sonra başqa hədəflər haqqında düşünə bilərik.

- 4 qolla komandanın ən məhsuldar futbolçususuz. Bunu gözləyirdiz?

- Gözləmirdim. Mən də daxil olmaqla bütün oyunçular daha çox qol vurmaq üçün çalışırlar. Bu da qələbə qazanmağın vacib hissəsidir.

- Ən məhsuldar olduğunuz dönəm 2014/15 mövsümündə yaşanıb. Portuqaliya “Korvilya”sında 12 qol vurmuşduz. Azərbaycanda da bunu təkrarlamağı planlaşdırırsız?

- Qarşıma qoyduğum hədəflər sırasındadır. Bunun üçün də hər gün çalışıram.

- Bəlkə hədəflədiyiniz qol sayını da deyəsiz?

- Bu da qoy mənim üçün qalsın (gülür).

- Yeni ildən gözləntiləriniz nədir?

- Hər zaman yüksək şeylər gözləyirəm. Nəyə qadir olduğumu bildiyim üçün bunu deyirəm. Ümid edirəm ki, “Qəbələ” liqada daha yaxşı oyun ilə daha yaxşı mövqedə olacaq. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam.

Emin Ağa
İdman.biz

Məqalədə: