Abdulla Rzayev: “Hamımız çörək pulunu burdan qazanırıq”

18 May 2026 22:51
181
Abdulla Rzayev: “Hamımız çörək pulunu burdan qazanırıq”

“Hazırda heç nə bilmirəm”.

İdman.Biz bildirir ki, bu sözləri futbolpress.az-a “Şamaxı”nın futbolçusu Abdulla Rzayev başa çatmaqda olan müqaviləsindən danışarkən deyib.

“Çətin dönəmlərdən keçmişəm. “Sabah”da, “Turan Tovuz”da çox oynamadım, “Sabah”da bir dönəm əvəzedici komandaya göndərildim. Sonra “Şamaxı” variantı alındı. Ayxan Abbasova təşəkkür edirəm ki, mənə şans verdi. Lakin indi yenidən qeyri-müəyyənlik var. Müqavilə ilə “Sabah”a məxsusam, ilk növbədə onlarla danışmalıyıq. Həm mənim, həm də klub üçün ən yaxşı qərarın verilməsini arzulayıram”, - Rzayev əlavə edib.

Rzayev oyun əhval-ruhiyyəsindən də danışıb: “Futbolçuyuq, işimiz meydanda maksimumu etməkdir. Hamımız çörək pulunu burdan qazanırıq. Bizim üçün hər oyun vacibdir. Arzumuz meydana çıxmaq, layiqincə oynamaq və maksimum xallar qazanmaqdır”.

İdman.Biz